Maradona `hər zaman təqsirkar` olan Messiyə tövsiyyə verdi

Argentinanın sabiq hücumçusu Dieqo Maradona forvard Lionel Messiya milli komandaya qayıtmamağı tövsiyə edib. Bu barədə ForFourTwo xəbər verib.
«Bir daha (Argentina yığmasına) qayıtma. Yığma 15 ildir uduzur və Messi günahkardır. Arqentina «Rasinq» «Boka Xuniors»la oynayır, təqsiri Messidədir. Onu hər şeydə günahlandırırlar. Mən deyərdim: «Bir daha gəlmə». Görək onlar Messisiz bacaracaqlarmı?», - deyə Maradona bəyan edib.
Xatırladaq ki, Dünya Çempionatında Argentina yığması 1/8-ə kimi gəlsə də, turnirin gələcək qalibi Fransa komandasına məğlub olmuşdu. Turnirdən sonra Messi pauza götürüb və bir daha milli yığmağa qoşulmayıb.
2014-cü il mundialında argentinalılar finala kimi gəlsələr də, əlavə vaxtda Almaniyaya uduzmuşdular. Bundan başqa komanda Messi ilə birlikdə Amerika Kuboku 2016-nın finalında məğlub olub. Yığmanın sabiq naziri Elvio Paolorossonun sözlərinə görə, gecə oyundan sonra forvard tənha oturaraq elə ağlamışdı ki, elə bil anasını itirib.