Poqba Mourinyonun oyun üslubunu tənqid edib

"Mançester Yunayted"in futbolçusu Pol Poqba komansının oyun üslubunu bəyənmir bu barədə Britaniya mətbuatı yazıb.
Fransız yarımmüdafiəçi daha çox hücum etmək əvəzinə, müdafiədə oturmağı tənqid edib: "Doğma meydanda oynayan zaman çox hücum etməliyik. Biz hücumda oynamaq üçün burdayıq. Rəqiblər "Mançester Yunayted"in ard-arda belə oynayacağını görəndə qorxacaq. "Velverhempton"la matçda da səhvimiz bu idi. Evimizdə 3 matç oynamışıq və cəmi 4 xal qazanmışıq. Daha bəsdir! Amma bunu mən deməməliyəm. Çünki oyunçuyam. Mənim fikrim budur. Daha çox və daha yaxşı hərəkət etməliyik".