Ramil Şeydayev: "Heç nədən razı deyilik"

"Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik".
Bunu "açıqlamasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı heç-heç etdikləri matçdan sonra deyib.
İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosova qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".