`Real` daha bir fransız hücumçu aldı

Lion”un hücumçusu Mariano Diasın "Kral klubu"na keçidi rəsmiləşib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Real"ın Fransa klubuna 20 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 2011-ci ildə “Real”ın akademiyasına qəbul olan dominikan əsilli forvard, 2016/2017 mövsümündə əsas komandaya cəlb edilmişdi. O, "Real"ın heyətində 8 oyuna 1 qol vurub.