Ramil Şeydayevin yeni klubu məlum oldu

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayacaq.
Bu barədə Samara təmsilçisinin rəsmi Twitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.