3 Avropa Oyunları Rusiyada keçiriləcək

Rusiya 2023-ci ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyi edə bilər.
Bu barədə Rusiya KİV-ləri yazır. Mərkəzi Olimpiya Komitəsinin sözçüsü bildirib:
“Bizim Avropa Oyunlarına ev sahibliyi etmək imkanımız var. Bunu Rusiyaya etibar etsələr, 2023-cü ildə təşkil edə bilərik”, deyə mənbə bildirib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. 2019-cu il II Avropa Oyunları isə Belarusun paytaxtı Minskdə keçiriləcək.