Barsa` 13-cü dəfə super kubokun sahibi oldu

"Sevilya" və "Barselona" klubları arasında İspaniya Super Kuboku uğrunda oyun keçirilib. Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə Kataloniya təmsilçisinin 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 9-cu dəqiqədə "Sevilya"nın futbolçusu Pablo Sarabiya açsa da, 42-ci dəqiqədə Jerar Pike, 78-ci dəqiqədə isə Usman Dembele fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, "Barselona" tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanaraq, 2018-2019 mövsümünə titulla başlayıb.