Mateo Kovaçiç "Çelsi"yə transfer olunub

"Real Madrid"ın xorvat futbolçusu Mateo Kovaçiç "Çelsi"yə transfer olunub. Bu barədə London təmsilçisinin rəsmi internet səhifəsi məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümünün sonuna kimi icarə əsasında İngiltərə təmsilçisində forma geyəcək. "Çelsi" M.Kovaçiç üçün icarə haqqı ödəməyəcək. Çünki klubun qapıçısı Tibo Kurtuanın "Real"a keçidi zamanı Kovaçiçin pulsuz "Çelsi"yə icarəyə göndərilməsi barədə bənd yer alıb