“Çelsi” ən bahalı qapıçı transferini gerçəkləşdirib

“Çelsi” klubu futbol tarixinin ən bahalı qapıçı transferini gerçəkləşdirib. London təmsilçisi “Atletik”in qapıçısı Kepa Arrizabalaqanı heyətinə qatıb.
Bilbao təmsilçisinin rəsmi saytı xəbər yayıb ki, London klubu ispaniyalı qolkiper üçün 80 milyon avro ödəyib.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan qapıçı 2012-ci ildən “Atletik”də çıxış edirdi.