`Qarabağ`ın oyununa 15 min bilet satılıb

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - BATE (Belarus) oyununa bilet satışı davam edir.
Ağdam klubunun mətbuat xidmətindən bildirilir ki, bu gün axşama olan məlumata əsasən, artıq matça satışa çıxarılan biletlərdən 15 mini satılıb.
Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da start götürəcək.
Oyuna biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.