`Real`ın Ronaldodan sonra iki hədəfi

"Çelsi"dən Eden Hazardın transferini həll etməyə yaxın olan "Real Madrid" klubu daha bir İngiltərə klubunun ulduzunua "elçi düşüb".
Məlumata görə, "Kral klubu" "Liverpul"un misirli futbolçusu Məhəmməd Salahı da heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Salah ötən yay "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 150 milyon avro qiymət qoyub. Misirli ulduz 2017/18 mövsümündə "Liverpul"un heyətində 52 rəsmi oyuna çıxaraq 44 qol vurub və 16 məhsuldar ötürmə edib.