`Qarabağ`ın BATE ilə oyunlarının vaxtı müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandası ilə keçirəcəyi hər iki oyunun vaxtı açıqlanıb.
Bu komandalar arasındakı ilk matç avqustun 7-i Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Cavab qarşılaşması isə avqustun 14-də “Borisov Arena”da baş tutacaq. Həmin qarşılaşma da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.