“Qarabağ”ın rəqibi bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 32 komanda iştirak edəcək.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Çempionlar yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)
“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi
“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi
Səpələnməmişlər
BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi
AEK (Yunanıstan)
Liqa yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya)
Səpələnməmişlər
“Fənərbaxça” (Türkiyə)
“Spartak” (Moskva, Rusiya)
“Standard” (Belçika)
“Slaviya” (Çexiya)
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.
***
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) - cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə görüşəcək.