`Qarabağ`ın oyunlarının vaxtı açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Kukesi”si ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Bu komandalar arasındakı ilk qarşılaşma Albaniyada baş tutacaq. Ağdam təmsilçisinin səfərdəki ilk matçı iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Cavab oyunu isə avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Bu oyun da 21:00-da start götürəcək.