“Real”dan Azara fantastik təklif

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar karyerasını İspaniyada davam etdirə bilər.Məlumata görə, “Real” belçikalı futbolçunu heyətində görmək istəyir.
Azarı komandadan ayrılan Kriştianu Ronaldonun əsas alternativi kimi görən Madrid klubu ona görə 170 milyon avro ödəməyə hazırdı.
Daha öncə 27 yaşlı oyunçunun “Barselona”ya keçmək istədiyinə dair xəbərlər yayılmışdı.