FİFA 60 oyunun ən yaxşılarını açıqlayıb - SİYAHI

FİFA 2018-cı il Dünya Çempionatında baş tutan oyunlar arasında müdafiə üzrə ən yaxşı komanda oyunu kimi Rusiya yığmasını seçib. Bu barədə turnirin saytında bildirilib.
Rusiya komandası hamısından çox müdafiə fəaliyyəti həyata keçirib.
FİFA ən yaxşı hücumçu kimi Braziliya yığmasını hesab edir- pentakampeonların hesabında 292 hücum var.
Ən uğurlu ötürmələri ispanlar edib – 3120 pas veriblər.
Turnirin ən nəticəli komandası hələ ki, Belçika yığması sayılır. Onların hesabında 14 vurulmuş top var.
Rusiya yığmasının yarımmüdafiəçisi Roman Zobnin bütün iştirakçılar arasında qaçış üzrəliderlik edir: «Spartak»ın oyunçusu çempionatın 5 oyununda 62 km qaçıb.
Turnirdə qapıya ən çox top vuran futbolçu – Neymar (qapılara 27 zərbə), ən çox pas ötürən isə – Serxio Ramos seçilib (485 dəqiq ötürmə).
Ən çox seyvi meksika yığmasının qapıçısı Gilmero Oçoa edib (25 top qaytarıb).
Qeyd edək ki, nəticə turnirin 60 oyununa aiddir. Qarşıda hələ 4 oyun - 2 yarım final, final və üçüncü yer üstə mübarizə var. Dünya Çempionatında Belçika, Fransma, ingiltərə və Xorvatiya mübarizə aparacaq.