Məşhur slovak futbolçunun meyiti meşədə tapılıb

Slovakiyada iyunun 30-u Bratislava meşə parkında futbolçu Yuray Halenarın cəsədi tapılıb. Bu barədə "hetrik.sk" portalı məlumat yayıb.
28 iyunda 35 yaşı tamam olan futbolçunun kim tərəfindən qətlə yetirildiyini araşdırılır.
Yuray Halenar bu günə kimi "İnter" (Bratislava), "Petrjalka", "Slovan" (Bratislava), "Spartak" (Macarıstan), "Siqma", (Olomuts), "İskra" klublarında çıxış edib.
O, 2002-ci ildə Avropa gənclər çempionatının bürünc mükafatçısı olub. 2007-08-ci illərdə Slovakiya milli yığmasında çıxış edib.