İspaniya Rusiya ilə, Portuqaliya isə Uruqvayla qarşılaşacaq

Rusiyada keçirilən DÇ-2018-də A və B qruplarında oyunlar yekunlaşıb. A qrupunda bu matça qədər artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışıblar. Cənubi amerikalılar meydan sahiblərinə futbol dərsi keçiblər - 3:0.
Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı Misiri məğlub edərək Salah və dostlarını evə xalsız yollayıblar.
B qrupunda isə vəziyyət fərqli idi. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə giriblər. Hər iki matç heç-heçə bitdiyindən daha müsbət top fərqinə malik olan İspaniya lider, Portuqaliya isə ikinci olub.
Uruqvay - Rusiya - 3:0
Qollar: Suares, 10, Çerışev, 23 (öz qapısına), Kavani, 90+2
Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: Əl-Fərəc, 45+6 (pen.), Əl Davsari, 90+5 - Salah, 22
İspaniya - Mərakeş - 2:2
Qollar: İsko, 19, Aspas, 90 - Butaib, 14, En Nesri, 81
İran - Portuqaliya - 1:1
Qollar: Ansarifard, 90 (pen.) - Quarejma, 45
Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: Əl-Fərəc, 45+6 (pen.), Əl Davsari, 90+5 - Salah, 22