Qarabağ` italiyalı qapıçı alır

Məlumata görə, Azərbaycanı "Qarabağ" klubu İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçenzo Fiorillonu transfer etmək istəyir. Çempionlar liqasında iştirak edəcək "Qarabağ" heyətini gücləndirmək üçün 1990-cı il təvəlüddlü qapıçını almaqda israrlıdır.
Vinçenzo Fiorillo ötən mövsüm "Peskara" klubunun heyətində 34 oyuna çıxıb. "Qarabağ" 28 yaşlı qapıçıya 600min avro təklif edib.
Qeyd edək ki, V.Fiorillonun "Peskara" ilə daha bir illik müqaviləsi mövcuddur. "Qarabağ" klubu Çempionlar Liqasının ilk seçmə mərhələsində "Lubiana" klubuna qarşı mübarizə aparacaq. Rəhbərlik bu transferi ən geci iyulun 4-dək bitirmək istəyir.