Dünya çempionatında iştirak edəcək komandanın futbolçuları qarət olunublar

Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunublar.
Bu barədə federasiyanın rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Cinayətkarlar futbolçuların məskunlaşdığı oteldə 3 otağa soxulublar. Hadisə vaxtı komanda üzvləri otaqda olmayıb.
Norveç polisi hadisəni araşdırır.
Qeyd edək ki, Panama yığması dünya çempionatında İngiltərə, Tunis və Belçika komandaları ilə birgə G qrupunda mübarizə aparacaq.