Zidana 50 milyon avroluq iş təklifi

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidana Qətər millisindən iş təklifi gəlib. Bu barədə Misirin ən zəngin iş adamlarından olan Nagib Saviris Twitter hesabında yazıb.
O, qeyd edib ki, fransız mütəxəssisə Qətər Futbol Federasiyası tərəfindən 4 illik təklif irəli sürülüb. Zidan təklifi qəbul edəcəyi təqdirdə ilinə 50 milyon avro qazana bilər.