Azərbaycanın iki boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.
Məlumata görə, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası üstələyib – 5:0. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.
Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb. Həsənov çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.