"Rəqibin Azərbaycan və ya Fransa olması önəmli deyil"

"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda hələ ki danışmamışıq".
Bu sözləri Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq onun üçün maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".
Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 23-ü saat 20:00-da başlayacaq.