Avroliqada 1/8 final həyəcanı - "Milan" - "Arsenal"

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada olacaq.
Burada "Milan" London "Arsenal"ını qəbul edəcək. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gələcək.
Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" Madriddə Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.
Dortmund "Borussiya"sı öz meydanında Avstriyanın "Zalsburq" klubunu qəbul edəcək.
8 mart
Avropa Liqası
1/8 final, ilk oyunlar
22:00."Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
22:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
22:00. MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)
00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)