"1/4 finala biz daha çox layiq idik" - Maurisio Pokettino

"3 dəqiqədə 2 səhv etdik və buna görə də Çempionlar Liqasında mübarizəni dayandırdıq. Çox məyusuq, çünki biz "Yuventus"dan daha çox növbəti mərhələyə yüksəlməyə layiq idik".
Britaniya mətbuatınin yaydığı xəbərə görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pakettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.
O, birinci qolu buraxdıqları vaxta kimi komandasının meydanda möhtəşəm oyun nümayiş etdirdiyini bildirib: "Matç ərzində üstün tərəf biz idik. Çoxlu qol epizodu yaratdıq. "Yuventus" qapımıza iki və ya üç dəfə yaxınlaşdı. Onlar etdiyimiz səhvə görə bizi cəzalandırdı. Komandamla qürur duyuram. Amma yekunda uduzduq".