Neymar bu yay "Real"a keçir? - PSJ-dən açıqlama

PSJ-nin idman direktoru Antero Enrike komandanın futbolçusu Neymarın yayda "Real"a keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
o, braziliyalı hücumçunun Paris klubunda qalacağını deyib:
"Neymar bu yay "Real"a transfer olunmayacaq. Onun atası mənə bildirdi ki, oğlu Parisdə xoşbəxtir. Neymar klubda qalmaq və rəqib qapılarına qol vurmaq istəyir".