ÇL-in sabahkı oyunları almanlara tapşırıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri müəyyənləşib.
Sabah keçiriləcək hər iki oyunu almaniyalı hakimlər briqadası idarə edəcək.
PSJ – “Real” matçını Feliks Brix idarə edəcək. “Liverpul”-“Porto” oyunu isə Feliks Zvayerə tapşırılıb.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.