"Nəticə oyuna uyğun oldu" - Mourinyo

"Bizi arxayınlaşdıracaq nəticə əldə etdiyimizi düşünmürəm. Qol vurmaq üçün fürsətlərimiz oldu. Amma səhvlər etdik və rəqibin qol epizodları yaratmasına imkan verdik. Azarkeşlərin möhtəşəm dəstəyi "Sevilya"ya kömək oldu".
Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında "Sevilya" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
O, nəticədən nə razı, nə də narazı olduğunu bildirib: "Nəticə oyuna uyğun oldu. Hər şey "Old Trafford"da müəyyənləşəcək. Qələbə qazanmaq bizim üçün çox önəmlidir".
J.Mourinyo futbolçusu Pol Poqbanın ehtiyatda qalması haqda verilən sualları tənqid edib: "Oyundan əvvəl 4 sualdan 3-ü Poqba haqqında oldu. Sizin yerinizdə olsam, gənc Maktominey barədə danışardım.