AFFA-nın sabiq prezidentinin oğlu faciəli şəkildə öldü

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında həlak olub.
Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.
Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdur.
Anar Mirzəyev həmçinin biznes sektorunda da çalışırmış. O, uzun zamandan bəri “Lider-Cocola”nın prezidenti imiş.