"Bizim o qədər maddi imkanımız yoxdur" - Venger

“Arsenal”ın baş məşqçisi Arsen Venger qış transfer pəncərəsi dönəmində müdafiə xəttini gücləndirməməklərinin səbəbini açıqlayıb.
Fransalı mütəxəssis bunu maddi imkanlarının məhdud olması ilə əlaqləndirib:
"Hər kəs müdafiəçi axtarır. "Mançester Siti" nə qədər pul xərcləyib müdafiə xəttini gücləndirdi. Bizim o qədər maddi imkanımız yoxdur. Onların hücum xətti də bizdən daha güclüdür”.