İngiltərə klubu "Qalatasaray"ın futbolçusunu transfer edib

İngiltərənin "Stok Siti" klubu öz rəsmi saytında "Qalatasaray"dan (Türkiyə) yarımmüdafiəçi Papa Aliune N’Diayenin transfer olunduğunu elan edib.
İngilis komandası 27 yaşlı seneqallıya görə, 16 milyon dollar ödəyib.
Futbolçu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub.
N’Diaye artıq yeni komandasında debüt edib. O, Premyer Liqanın 25-ci turunda "Uotford"la oyunda meydana çıxıb.
Yarımmüdafiəçi Türkiyə Superliqasında keçirdiyi 17 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.