"Qarabağ"la oyun bizə yaxşı dərs və stimul oldu"

"Hesab edirəm ki, birinci oyun üçün heç-heçə yaxşı nəticədir. Vurduğumuz hər iki qol düzgün idi. Amma qapımıza vurulan ilk qolda, ola bilsin, əllə oyun yox idi və penalti düzgün təyin olunmamışdı".
Milliqazetin məlumatına görə, bu sözləri "Kuban"ın futbolçusu Sergey Bendz Antalyada təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunu (2:2) barədə klubun saytına danışarkən deyib.
34 yaşlı müdafiəçi yaxşı təsir bağışladıqlarını bildirib: "Topa yaxşı nəzarət edən komandaya qarşı oynayırdıq. Fikrimcə, bu oyun gələcək inkişaf üçün yaxşı dərs və stimul oldu".