Arda "Başakşəhər"lə müqavilə bağladı

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.
Milliqazetin “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2.5 illik müqaviləyə qol çəkib.
İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2, digər 2 ildə isə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.