“Berti Foqtsla Azərbaycanda xüsusi vaxt keçirmişəm”

“Berti Foqts mənə çox şey öyrədib. O, həmişə bizim yanımızda olub".
Almaniya mətbuatına açıqlamasında milli komandamızın sabiq məşqçisi Olaf Yansen deyib.
Berti Foqtsun dönəmində yığmamızda Foqtsun köməçisi olan almaniyalı mütəxəssis xatiralərini paylaşıb. Hazırda 4-cü bundesliqa təmsilçisi “Viktoriya”nı çalışdıran Yansen milimizin keçmiş baş məşqçisindən çox şey öyrəndiyini söyləyib: "Berti öz məşqçi və futbolçu təcrübəsi ilə məni heyran qoyub. Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm”.
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.