“Mən elə oğlanam ki...” – Ansi Aqolli

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli kpitanı olduğu Albaniya millisinin 2017-ci ildəki çıxışını dəyərlənidirib.
Hazırda ölkəsində olan 35 yaşlı futbolçu “Ora Skaner” televiziyasına açıqlamasında ötən il pis çıxış etmədiklərini bildirib:
“Ötən il millimiz üçün uğurlu oldu. Mən elə oğlanam ki, özümdən razı olmuram. Yəni, komandamın çıxışlarına, nəticələrinə deyil, özümə tənqidlə yanaşıram. Biz DÇ-2018-in seçmə mərhələsini 3-cü pillədə başa vurduq. Hansı ki, çətin rəqiblərlə bir qrupda yer almışdıq. Millimizin ötənilki çıxışı 7 bala layiqdir”.
Qeyd edək ki, Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir.