“Sehrbaz Araz AEK-i məhv etdi”

“Anortosis”in yarımmüdafiəçisi Araz Abdullayevin Kipr çempionatının 19-cu turunun AEK-lə oyunundakı çıxışı Yunanıstan mətbuatının əsas mövzularından birinə çevrilib.
Milliqazetin “themasports.com” saytına istinadən yaydığı xəbərə görə, ölkənin tanınmış jurnalistlərindən olan Panos Larkos millimizizin üzvünün oyununu yüksək qiymətləndirib. Arazı öz yazısında “sehrbaz” adlandıran Larkos bunları qeyd edib:
“Sehrbaz Araz və Sisse AEK-i məhv etdilər. Araz Abdullayev əla təsir bağışladı. “Anortosis”ə gəlişindən bu yana ən yaxşı oyununu sərgilədi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmağına kömək etdi. Araz bununla “Anortosis”ə uyğunlaşdığını sübut etdi”.
Qeyd edək ki, “Anortosis”in 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda Araz iki qolun ötürməsini edib.