Messi "Barselona"dan təzminatsız ayrıla bilər

"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunu təzminatsız tərk edə bilər.
Milliqazetin "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, bununla bağlı argentinalı hücumçunun imzaladığı yeni müqavilədə bənd yer alıb.
Şərtə əsasən, Kataloniya müstəqil olacağı təqdirdə, "Barselona” İspaniya, İngiltərə, Almaniya və ya Fransa çempionatında çıxış edə bilməsə, L.Messi heç bir təzminat ödəmədən azad agent statusu alacaq.
Qeyd edək ki, L.Messi "Barsa" ilə müqaviləsini 2021-ci ilin iyununa qədər uzadıb. Onun hazırkı təzminat qiyməti 700 milyon avrodur.