"Renatdan imtina etməyəcəyik" - "Ayntraxt"ın direktoru

"Ayntraxt”ın direktoru Fredi Bobiç komandanın futbolçusu Renat Dadaşovu tənqid edib.
Milliqazetin məlumatına görə, o, millimizin üzvünün intizamsız davranışından narazılığını bildirib. Klub direktoru deyib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün R. Dadaşovun fiziki durumu zəifləyib:
"Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Müqaviləni imzalamaqla yanaşı, futbolçu peşəkar davranmalıdır".
F.Bobiç R.Dadaşovu Almaniya üçüncü liqa təmsilçisi "Hallaşer"ə icarəyə verəcəkləri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu barədə heç nə eşitməmişəm. Onu deyə bilərəm ki, Renatdan imtina etməyəcəyik. Onun qeyri-adi keyfiyyətləri var”.
Qeyd edək ki, R.Dadaşov "Ayntraxt”ın U-19 komandasında 9 oyunda 5 qol vurub.