“Beşiktaş” yeni transferi ilə müqavilə bağladı

Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanın “Beşiktaş”a keçidi rəsmiləşib.
Milliqazetin “Fanatik”ə istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu İstanbul klubu ilə 4,5 illik müqavilə imzalayıb.
O, bu gün ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, karyerası ərzində “Osiyek”, “Bayer” və Zaqreb “Dinamo”sunda çıxış etmiş Vidanın son klubu Kiyev “Dinamo”su olub.