Lukas Moura PSJ-dən "Mançester Yunayted"ə keçir

PSJ-nin futbolçusu Lukas Moura karyerasını İngiltərə davam etdirə bilər.
Milliqazet “The Sun”a istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçini “Mançester Yunayted” icarəyə götürmək istəyir.
PSJ-nin də Mouranı icarəyə göndərməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Moura ilə İtaliya və Çin klubları da marlanır. Futbolçu özü də daima oynaya biləcəyi bir kluba keçmək istəyir.