"Everton" Cenk Tosundan imtina edir

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun "Everton"a transferi sual altına düşüb.
Milliqazetin "The times" nəşrinə istinadən məlumatına görə, buna türk klubunun futbolçunun qiymətini qaldırması səbəb olub. Tərəflər əvvəlcə 25 milyon funt-sterlinqdə razılığa gəliblər. Ancaq sonradan "Beşiktaş" rəhbərliyinin qiyməti 2 milyon artırması qarşı tərəfin xoşuna gəlməyib. Son məlumatlara görə, məhz bu səbəbdən transfer gerçəkləşməyə bilər.
Qeyd edək ki, "Everton" rəsmiləri C. Tosunun keçidini rəsmiləşdirmək üçün İstanbulda "Beşiktaş" rəhbərliyi ilə danışıqlar aparırdılar.