"Çempionlar Liqasının favoritiyik?" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının favoriti olmaları ilə bağlı deyilən fikirlərə münasibət bildirib.
Milliqazetin Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Biz Çempionlar Liqasının favoritiyik ? Bəs Messi kim üçün oynayır ? Onun çıxış etdiyi komanda favortdir".
Qeyd edək ki, "Barselona"nın hücumçusu L.Messi "Mançester Siti"nin ÇL-in əsas favoriti olduğunu söyləyib.