Fellaini "Mançester Yunayted"dən gedir

“Mançester Yunayted”in futbolçusu Maruan Fellaini komandadan ayrılmaq qərarına gəlib.
Milliqazetin məlumatına görə, bu barədə “Daily Express” xəbər yayıb.
Bildirilir ki, “mankunianlar”ın yeni müqavilə şərtləri belçikalı yarımmüdafiəçini qane etməyib. Onun yanvar ayından digər klublarla danışıqlar aparacağı qeyd olunub.
2013-cü ildən “MY”də çıxış edən Fellaininin klubu ilə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Onun PSJ və Çin klubları yaxından maraqlanır.