"Neftçi"nin kapitanı cəzalı duruma düşdü

"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.
Milliqazet məlumatına görə, buna onun cəzalı duruma düşməsi səbəb olub. 30 yaşlı futbolçu “Zirə” ilə 1/4 final mərhələsinin cavab görüşünün 17-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. R.Abışov ilk matçda da xəbərdarlıq aldığı üçün sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Neftçi" yarımfinalda "Səbail" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.