Cənubi Amerika kubokunun qalibi bəlli oldu

Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib.
Milliqazetin xəbərinə görə, bu, Argentinanın "İndependyente" klubudur.
Komanda finalda Braziliya təmsilçisi "Flamenqo"nu iki oyunun nəticəsinə görə üstələyib - 2:1, 1:1.
Qeyd edək ki, "İndependyente" tarixində ikinci dəfə bu kuboka sahib olub.