"Şehiç bizimlə əlaqə saxlayıb"

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç UEFA Gənclər Liqasının pley-off mərhələsində "Atletiko” ilə qarşılaşacaq sabiq klubu Bosniya və Herseqovina "Jelezniçar”ına məsləhət verib.
Milliqazet klub.ba-ya istinadən yaydığı xəbə, bu barədə gənclər komandasının baş məşqçisi Omer Yoldiç məlumat verib: "Bizdə yaxşı gənc oyunçular var. Xüsusilə, əsas komandanın 4 üzvü bizə çox kömək edir. Rəqib haqda bütün məlumatı əldə etmək üçün vaxtımız var. Artıq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç bizimlə əlaqə saxlayıb. Çünki "Qarabağ”ın gənclər komandası "Atletiko” ilə bir qrupda yer almışdı. Bosniya və Herseqovinada futbolun təbliği üçün bizə tanınmış rəqib lazımdır".
Qeyd edək ki, İ.Şehiç 2006 - 2011-ci illərdə "Jelezniçar"ın şərəfino qoruyub.
Xatırladaq ki, "Qarabağ"ın gənclər komandası "Atletiko"ya səfərdə 1:5 hesabı ilə uduzub, evdə 1:0 hesabı ilə qalib gəlib.