"Beşiktaş"dan Qurban Qurbanova özəl hədiyyə - Şenol Günəş şəxsən təqdim etdi (FOTO)

"Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş və futbol komandasının direktoru Əli Naibi Azərbaycana səfə edirb.
Milliqazetin məlumatına görə, klub nümayəndələri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova xüsusi hədiyyə təqdim edib.
Şenol Güneş "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanova "Beşiktaş" klubunun futbolçularının imzaladığı Pepe formasını verib.
Qurban Qurbanov isə Günəşə üzərində öz adı yazılmış 1 npmrəli "Qarabağ" formasını təqdim edib.
Görüşdən sonra Şenol Günəş və Əli Naibi "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Çelsi" ilə matçını izləyib.