Qvardiola ayın ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.
Milliqazetin Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin çalışdırıcı Xosep Qvardiola oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
O, Maurisio Poçettino ("Tottenhem"), Joze Mourinyo ("Mançester Yunayted") və Şon Dayçı ("Bernli") qabaqlayıb.
Qeyd edək ki, oktyabrda keçirdiyi 3 oyunun hamısında qalib gələn "şəhərlilər" 31 xalla turnir cədvəlinə başçılıq edir.
Xatırladaq ki, Qvardiola sentyabr ayının da ən yaxşısı seçilmişdi.