Makelele Belçika klubunda

Fransa millisinin və "Real"ın sabiq üzvü Klod Makelelenin yeni klubu bəlli olub.
Milliqazetin məlumatına görə, veteran yarımmüdafiəçi Belçikanın "Eypen" klubunu çalışdıracaq.
Klubun rəsmi saytı 44 yaşlı məşqçinin noyabrın 7-dən işinə başlayacağını açıqlayıb.
“Eypen” 14 turdan sonra 10 xalla sonuncu – 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Makelele buna qədər PSJ və “Suonsi”də köməkçi məşqçi, “Bastiya”da isə baş məşqçi kimi çalışıb.