Bu gün Azərbaycan-Ermənistan oyunu keçiriləcək

Bu gün Kritdə şahmat üzrə Avropa çempionatının altıncı turu çərçivəsində kişilərdən ibarət Azərbaycan yığma komandası Ermənistan millisi ilə qarşılaşacaq.
Dörd oyundan ibarət matçda aşağıdakı cütlüklər yarışacaq:
Şəhriyar Məmmədyarov – Levon Aronyan
Teymur Rəcəbov – Sergey Movsesyan
Arkadi Naydiç – Qabriel Sarkisyan
Raud Məmmədov – Qrant Melkumyan
Keçirilmiş oyunlardan sonra turnir cədvəli:
1. Xorvatiya – 9 xal, 2. Macarıstan və Rusiya – 8 xal... 7. Azərbaycan – 7 xal.